Obyekt icarəyə verilir, sahil metrosu Şəhərin mərkəzində, AF Mall və Ağır Cinayətlər Məhkəməsinin yaxınlığında yerləşən, ümumi sahəsi 14 kv.m olan obyekt uzunmüddətli icarəyə verilir. .....................................................................................................................
Obyekt gediş-gəlişin son dərəcə intensiv olduğu, gün ərzində yüksək piyada və avtomobil axınının müşahidə edildiyi əlverişli ərazidə yerləşir. Mərkəzi yerləşməsi sayəsində həm müştəri qəbulu, həm də biznes fəaliyyəti üçün ideal seçimdir. Obyektin geniş vitraj qapısı və pəncərəsi mövcuddur. Bu xüsusiyyət həm təbii işıqlandırma təmin edir, həm də vitrin və reklam yerləşdirilməsi üçün geniş imkan yaradır. Küçədən rahat görünməsi biznesinizin tanınmasına əlavə üstünlük qazandırır.
.....................................................................................................................
Obyekt aşağıdakı fəaliyyət sahələri üçün uyğundur:
- Ofis
- Gözəllik və kosmetologiya xidməti
- Dırnaq studiyası - Bərbər və kişi salonu
- Telefon və aksesuar satışı
- Turizm və sığorta ofisi
- Onlayn satış və çatdırılma məntəqəsi
- Kiçik butik və hədiyyə mağazası
- Təmir və xidmət mərkəzi
- Digər müxtəlif kommersiya fəaliyyətləri.
.....................................................................................................................
Yaxınlıqda çoxsaylı biznes mərkəzləri, dövlət qurumları, ticarət obyektləri və ictimai iaşə məkanları yerləşdiyindən ərazi daim canlıdır və potensial müştəri axını yüksəkdir.
.....................................................................................................................
Ətraflı məlumat almaq və obyektə baxış keçirmək üçün əlaqə saxlaya bilərsiniz.
Ofis haqqi 30%